Yunanıstan üçüncü yardım paketi olmadan keçinə bilməyəcək

Yunanıstan üçüncü yardım paketi olmadan keçinə bilməyəcək

Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble ölkə mətbuatına müsahibəsində Yunanıstanın üçüncü maliyyə yardımına ehtiyacı olduğunu bildirib. Almaniyalı nazirin fikrincə, Yunanıstanın böhrandan xilas olması üçün daha 10 milyard dollar vəsait lazımdır.

2014-cü ilin birinci rübündə Yunanıstanın ümumi daxili məhsulu (ÜDM) 0,9 faiz azalmışdır. Artıq dördüncü rübdür ki, ÜDM-in azalma tempi yavaşımaqdadır. Lakin bərpa prosesi heç də dayanıqlı getmir. Belə ki, ölkədə işsizlik 27 faizə, dövlət borcu 175 faizə çatır. Halbuki Avrozona ölkələrində dövlət borcunun miqdarı ÜDM-in 60 faizindən çox olmamalıdır.

Yunanıstan 2010-cı ildən bəri Avropa İttifaqından və Beynəlxalq Valyuta Fondundan 240 milyard avro almışdır. 2014-cü ildə Afinaya göstərilən beynəlxalq yardımın ikinci mərhələsi formal olaraq başa çatır. Avrozonanın Maliyyə Nazirləri Şurasının sədri Yerun Deysselblum da bu fikirdədir ki, ölkə üçüncü yardım paketi olmadan keçinə bilməyəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə