Ukrayna hökuməti Rusiya ilə sərhədi qismən bağlamağı qərara alıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, Rusiya ilə həmsərhəd olan Donetsk və Luqansk vilayətləri ərazisində yerləşən bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılacaq.
Qərar ictimai təhlükəsizlik və bəzi ərazilərdə əhalinin həyatı üçün təhlükə yaradan hadisələrin qarşısını almaq məqsədi ilə verilib.
Qeyd edək ki, Luqansk vilayətində 7, Donetsk vilayətində isə 1 nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB