Ana beş körpəsinin cəsədini qablaşdıraraq saxlayır DƏHŞƏT

Ana beş körpəsinin cəsədini qablaşdıraraq saxlayır DƏHŞƏT

Finlandiyada mənzildə beş körpənin cəsədi tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, körpələrin cəsədini qablaşdırılmış şəkildə saxlayan şəxs isə körpələrin anasıdır. Finlandiya polisi Oulu şəhərindəki mənzillərin birinin zirzəmisində qablaşdırılmış körpə cəsədləri tapıb. Körpələrin öldürülməsində şübhəli şəxs kimi isə onların anası saxlanılıb.

İstintaq zamanı qadın körpələrin cəsədlərini zirzəmidəki rəfə özünün qoyduğunu etiraf edib. O bildirib ki, 5-10 il əvvəl evdə körpələri ölü halda dünyaya gətirib və onları qablaşdıraraq saxlayıb.

Şübhəli, körpələrin cəsədlərini saxlamasının səbəbini isə açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə