Nazir Putinin gizli planından danışdı

Nazir Putinin gizli planından danışdı

Qazaxıstan Xarici işlər Naziri Yerlan İdrisov Qazaxıstan, Rusiya və Belarus arasında keçən həftə paytaxt Astanada imzalanan Avrasiya İqtisadi Birliyinin Rusiya Prezidenti Vladimir Putinin gizli planı olmadığını bildirib. Birliyin tamamilə iqtisadi bir birlik olduğunu vurğulayan Yerlan İdrisov, ittifaqın Putinin planının bir hissəsi olmadığını deyib: "Bu birlik barədə kiminsə narahat olmağına ehtiyac yoxdur. Bu ittifaqı "Putinin gizli planı" şəklində xarakterizə etmək həqiqətə uyğun deyil. Biz bu ittifaqa imza atmışıqsa bu bizim açıq və dəqiq iqtisadi tərəfdaşlığımızın nümunəsidir".

Avrasiya İqtisadi Birliyinin Avropa və Çin ilə əməkdaşlığa daha çox önəm verəcəyini deyən nazir, Birliyin yeganə işinin iqtisadi əməkdaşlığı inkişaf etdirməkdən ibarət olduğunu bildirdi: "Qətiyyətlə deyə bilərəmki Avrasiya İqtisadi Birliyi siyasi maraqlar üzərində qurulmayıb. Məqsəd iqtisadi münasibətləri bir araya gətirmək və dövlətlərin bundan daha çox fayda götürməsini təmin etməkdir. Kimsənin qorxmasına və ehtiyat etməsinə gərək yoxdur".

Yaradılan birliyin keçmiş Sovet ittifaqının prototipi olmasına münasibət bildirən nazir: "Mən inanıram ki, bu ittifaqla Qazaxıstan iqtisadiyyatı daha çox inkişaf edəcək"- deyə münasibət bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə