Slavyansk yaxınlığında Ukrayna hərbi helikopteri vuruldu

Slavyansk yaxınlığında Ukrayna hərbi helikopteri vuruldu

Ukraynanın şərqində, Slavyansk yaxınlığında Rusiya tərəfdarı üsyançılar hərbi vertolyotu vurublar. SİA xəbər verir ki, helikopterin vurulması nəticəsində 14 nəfər həlak olub. Aleksandr Turçinov ölənlər arasında helikopterin kapitanın da olduğunu və üsyançıların Rusiya istehsalı olan anti-təyyarə sistemindən istifadə etdiyini deyib.

Helikopter Slavyansk və Kramatorsk arasında gedən ağır döyüşlər zamanı vurulub. Slavyanskda son bir neçə həftədə separatçılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər olub. Bu ay separatçıların daha bir hərbi vertolyotu vurması nəticəsində bir pilot və hərbçi həlak olmuşdu.

Ukraynada mayın 25-i keçirilən prezident seçkilərində ölkə başçısı seçilən Petro Poroşenko üsyançılara qarşı əməliyyatların sürətləndiriləcəyinə söz verib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə