Misirdə keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, general Abdülfettah Sisi böyük fərqlə irəlidədir. SİA-nın verdiyi xəbərə görə, Sisinin səslərin 96 faizdən çoxunu, rəqibi Həmdin Sabbahinin isə səslərin 3 faizini topladığı bildirilir. Bu nəticələrdən sonra Sisi tərəfdarları meydanlarda qalibiyyəti qeyd ediblər.
Sisi tərəfdarları: "Biz ondan özümüz üçün deyil, uşaqlarımızın gələcəyi üçün bir şeylər etməsini istəyirik. Uşaqlarımıza kömək etməsini və ölkə üçün yaxşı şeylər etməsini gözləyirik", deyə qalibiyyət sevinclərini bildirərkən deyiblər.
Rəsmi nəticələrin isə ən geci iyulun 5-nə qədər açıqlanması gözlənilir.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB