Yaponiyanın cənub-qərb sahillərində neft tankeri partlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 998 tonluq "Shoko Maru" adlı tankerin Himeji limanı sahillərində partlaması nəticəsində səkkiz nəfərlik ekipaj üzvündən yeddisi xilas edilib. Xilas olanlardan dördünün vəziyyəti ağırdır. Kapitan isə itkin düşüb. Hadisədən əvvəl artıq yüklərin boşaldıldığı bildirilir.
Partlayışın səbəbləri hələ məlum deyil.
Partlayış xəbərinin gəlməsi ilə Yaponiya baş naziri Shinzo Abe parlamentdəki çıxışını yarıda kəsərək Hyogo sularında neft tankerində partlayış baş verdiyini və gəminin alovlar içində olduğunu deyib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB