Qahirədə baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb. Yerli KİV-lərin məlumatına görə, əldəqayırma bomba paytaxtın Məsr əl-Hadidə məhəlləsində kilsənin yaxınlığında işə düşüb. Partlayışın təsirindən yaxınlıqda dayanmış avtomobillərdən bir neçəsinin şüşələri sınıb.
Hazırda hüquq mühafizə orqanlarının nümayəndələri hadisənin baş verdiyi yerdədirlər, cinayətkarların axtarışı gedir.
Xatırladaq ki, bu gün Misirdə prezident seçkilərinin ikinci, yekun günüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB