Donetsk hava limanında döyüşlərdə 15 nəfər xəsat alıb

Donetsk hava limanında döyüşlərdə 15 nəfər xəsat alıb

Ukrayna hərbiçiləri separatçıların ələ keçirdikləri Donetsk beynəlxalq hava limanına havadan zərbələr endiriblər. SİA-nın ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hava limanı yaxınlığında döyüşlər nəticəsində 15 nəfər xəsarət alıb, ölənlərin olduğu deyilir, lakin onların sayı dəqiqləşdirilməyib.

Ukrayna vilayət asministrasiyasından bildirilib ki, hadisə yerində ekspert-mütəxəssislər çalışır. Ölənlər haqqında rəsmi rəqəmlər onlar meyitxanaya daşınmağa başlayanda olacaq. Zərərçəkənlər arasında uşaq olduğu və ona ilkin tibbi yardım göstərildiyi də bildirilib.

Əməliyyatın informasiya qrupunun rəhbəri təslim olmaq ultimatumu verildiyini söyləyib: "Terrorçular Ukrayna güc strukturlarının tələblərini yerinə yetirməyiblər, onların mövqelərinə aviasiya zərbəsi endirilib. Əvvəlcə terrorçulara ilkin xəbərdarlıq üçün SU-25 təyyarəsi xəbərdarlıq atəşi açıb. Daha sonra digər təyyarə terrorçuların toplaşdığı yerə zərbə endirib".

Hava limanının mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, hərbiçilərin zərbəsindən əvvəl separatçılar hava limanında keşik çəkən Ukrayna hərbiçilərinin çıxmasını tələb ediblər. Xidmətdən həmçinin sərnişinlərin və aeroport əməkdaşlarının evakuasiya edildiyi bildirilib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə