Separatçılar bu silahlarla terror aksiyaları törətməyi planlaşdırıb
Donetskdə silah ələ kecirildi

Ukrayna Təhlükəsizlik Xidməti xüsüsi əməliyat nəticəsində rusiyameyilli terrorçulara məxsus xeyli sayda silah sursat ələ kecirib. Separatçılar bu silahlarla terror aksiyaları törətməyi planlaşdırıb. UTX əməkdaşları onlara avtomatları, pulemyotları, qumbaraatanları və yüzlərlə döyüş sursatını müsadirə edib. Ukrayna Təhlükəsizlik xidmətinin mətbuat mərkəzindən verilən xəbərdə qanunsuz silahların Zaporojye vilayətinin Berdyanski rayonuna Krımdan dəniz yolu ilə göndərildiyi bildirilir.

"Silahla yuklənmiş 73 yeşik terrorçulara işğal edilmiş Krım ərazisindən dəniz yolu ilə çatdırılıb. Terrorçularla məxsus gizli yerin axtarışı zamanı tədqiqatçılar 88 ədəd AK 74 avtomatı, 5 RPK-74 pulemyotu, 3 ədəd PKM pulemyotu, RPQ-22-in 24 qumbaraatanı, RQD-ın 918 qumbarası, 20880 patronu aşkar edərək götürüblər. Əməliyyatın gedişatında cinayətkarlar müqavimət göstərirdilər. Ukraynanın üç vətəndaşı saxlanıb. Onların arasında özünü Mariupol şəhərinin "başçısı" elan etmiş Denis Kuzmenkonun üç dəfə mühakimə olunmuş qardaşı da var", - deyə UTX rəsmisi bildirib.

Əldə edilən məlumatlara görə, qanunsuz silahları Zaporojye vilayətinin Berdyanski rayonuna Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Aleksandr Yakimenkonun təşkilatçılığı ilə yerinə yetirilib.

Qeyd edək ki, Aleksandr Yakimenko Ukrayna Baş prokurorluğu tərəfindən bu ilin fevralında Kiyevdə kütləvi qətllərə görə axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə