Ukrayna seçkilərində bülletenlərin 30 %-dən çoxu hesablanıb ilkin nəticələr
Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən prezident seçkilərində bülletenlərin 33,2 faizini hesablayıb. SİA-nın xəbərinə görə, bu barədə UNİAN MSK məlumat yayıb.
Məlumata görə, 5 305 707 seçicinin səsi artıq hesablanıb. Beləliklə, məntəqə seçki komissiyalarının protokollarının 33,2 faizinin hesablanmasının nəticələrinə görə, Pyotr Poroşenkoya seçicilərin 54,08 faizi, Yuliya Timoşenkoya 13,12 faizi, Oleq Lyaşkoya 8,47 faizi, Anatoli Qritsenkoya 5,51 faizi, Sergey Tiqinkoya 5,08 faizi, Mixail Dobkinə 3,32 faizi, Vadin Rabinoviçə 2,2 faizi səs verib. Digər namizədlərin hamısı seçicilərin 2 faizindən azının səsini qazanıblar.
Qeyd edək ki, mayın 25-də Ukraynada prezident seçkiləri keçirilib. MSK-nın ilkin məlumatına görə, seçicilərin 60 faizdən çoxu seçkilərdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB