Fransada yəhudilərin təhlükəsizliyi gücləndirilib

Fransada yəhudilərin təhlükəsizliyi gücləndirilib

Fransa hökuməti Brüsseldə yəhudi muzeyində törədilən terror aktı zamanı üç yəhudinin və bir fransızın həlak olmasından, iki nəfərin yaralanmasından və mayın 24-də ölkənin Val-de-Marn departamentinin Kretey yaşayış qəsəbəsindəki sneqoqdan çıxan iki gənc yəhudiyə təcavüzdən sonra ölkədə yəhudilərə məxsus ictimai yerlərin təhlükəsizliyini gücləndirmək məqsədilə əlavə tədbirlər görüldüyünü və xüsusi ölçülər götürüldüyünü bəyan etmişdir.

Fransanın daxili işlər naziri Bernar Gazenöv ölkənin bütün prefektlərinə yəhudi icmalarına aid ictimai yerlərin, mədəniyyət mərkəzlərinin, sneqoqların təhlükəsizliyinin gücləndirilməsinə dair xüsusi göstəriş verdiyini bildirmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə