Ukraynalılar yeni prezident seçir

Ukraynalılar yeni prezident seçir

Ukraynalılar fəal surətdə yeni prezident seçirlər. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçicilər ölkənin qərbində daha fəaldırlar.

Lvov, Ternopol, Xmelnitski vilayətləri liderlik edir. Ən zəif seçici fəallığı Donetsk və Luqansk vilayətlərindədir. Bu vilayətlərdə dairə seçki komissiyalarının üçdə birindən azı işləyir. Məsələn, Donetsk vilayətində seçicilərin təqribən 10 faizi səs vermişdir.

Ukrayna MSK sədrinin müavini Andrey Mageranın sözlərinə görə, prezident seçkiləri Donetsk və Luqansk vilayətlərindən başqa hər yerdə sakit şəraitdə keçir.

Donbasla yanaşı, Krım da səsvermə olmamışdır.

Bir gün əvvəl Xersonda seçki məntəqəsinə "Molotov kokteylləri" atılmışdır. Odessada seçki komissiyalarından birini yandırmağa cəhd göstərilmişdir. Hazırda hər iki məntəqə işləyir. Vinnitsa vilayətində bülleten almaq üçün seyfi bolqarka ilə açmalı olmuşlar.

Bütün xəbərlər Facebook səhifəmizdə