Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək

Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək

Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçiriləcək. SİA-nın məlumatına görə, Ukrayna prezidenti postu uğurunda 21 nəfər mübarizə aparır. Prezident seçilmək üçün ən şanslı namizədlər "Batkivşina" partiyası tərəfindən irəli sürülən, bir müddət əvvəl həbsdən azad edilən Yuliya Timoşenko, sahibkarlar Pyotr Poroşenko və Sergey Tiqipko hesab olunurlar.Ukrayna MSK-nın məlumatına görə, seçicilərin sayı təxminən 35,5 mln təşkil edir, onlar ölkə üzrə 33,6 min seçki məntəqəsində səsvermə hüququndan yararlana biləcəklər.

Seçkilər zamanı asayişi 65 min milis işçisi, 15 min FHN əməkdaşı və 17 min könüllü, Milli Qvardiya əsgərləri və hərbi məktəblərin kursantları qoruyacaq.
Qeyd edək ki, seçkiləri ümumilikdə 3607 müşahidəçi izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə