Bu gün Türkiyədə baş verən hadisə əhali arasında ciddi təşvişə səbəb olub
Canlı yayımda zəlzələ

Bu gün Türkiyədə baş verən hadisə əhali arasında ciddi təşvişə səbəb olub. 6,5 ballıq zəlzələdən sonra əhali küçələrə axışıb.

Təkanlar İstanbul da daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

TGRT və CNN Türk xəbər aparıcısı isə zəlzələyə canlı yayında yaxalanıb. Aparıcı qadınların zəlzələ xəbərini studiyada yellənə-yellənə verib. Onların soyuqqanlılığını qoruması diqqət çəkib.

Qeyd edək ki, zəlzələ Bakı vaxtı ilə 14:25-də baş verib. Egey dənizinin Yunanıstan sahillərində qeydə alınan təkanların episentrdə 7,2 bal olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində ölən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə