Zəlzələ 23 min adamı didərgin saldı

Zəlzələ 23 min adamı didərgin saldı

Çinin cənub-qərbində baş vermiş 5,6 manqitudalı zəlzələ nəticəsində 12 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Sinxua agentliyi Çinin Seymologiya Mərkəzinə istinadən məlumat verir.

Zəlzələ bu gün Pekin vaxtı ilə saat 04:49-da İnszyan qəzasında qeydə alınıb. Yeraltı təkanların episentri 12 km dərinlikdə olub.

Xilasetmə əməliyyatlarında 320-dən çox hərbçi iştirak edir.

İlkin hesablamalara görə, zəlzələ nəticəsində 23,8 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zonasından 8465 nəfər evakuasiya edilib, 9412 yaşayış evi dağılıb.

Zəlzələ, həmçinin elektrik şəbəkəsinin işinə və bir sıra rayonlarda avtomobil yollarında hərəkətə mənfi təsir edib.

Bütün xəbərlər Facebook səhifəmizdə