Pentaqon Avropada yerləşən 21 obyektindən imtina edəcək və həmin obyektləri onların yerləşdiyi ölkələrin nəzarətinə verəcəkdir. "The Washington Times" qəzeti bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbiyə istinadla məlumat verib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndələri bu tədbirləri "cüzi infrastruktur dəyişiklikləri" adlandırır və bildirirlər ki, həmin tədbirlər ABŞ büdcəsində hər il 60 milyon dollara qənaət etməyə imkan verəcəkdir.
ABŞ Silahlı Qüvvələrinə daha lazım olmayan obyektlər sırasına qolf meydançası, atış meydanı, otel, NATO-nun "istifadə etmədiyi və ya praktiki olaraq istifadə etmədiyi" aviabazalar, həmçinin bəzi binalar və tikililər daxildir.
"The Washington Times" Con Kirbinin bu sözlərini sitat gətirir: "Bu tədbirlərin heç biri ABŞ Silahlı qüvvələrinin strukturuna və onun hərbi potensialına təsir etməyəcəkdir.
Bu cür tədbirlər ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığının prioritet hərbi missiyalar üçün resurslar tədarük etməsinə imkan verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB