Misirdə prezident seçkilərindən əvvəl təşviqat işlərinə tam qadağa qoyan ikigünlük "sakitlik" başlamışdır. Mayın 3-də strat verilmiş 20 günlük seçkiqabağı kampaniya mayın 23-də iki namizədin - sabiq müdafiə naziri feldmarşal Əbdülfəttah əs-Sisi və nasirçi sosialist Həmdin Səbbahinin təşviqatı ilə başa çatmışdır.
Prezident seçkilərinin favoriti feldmarşal Əbdülfəttah əs-Sisidir. Misir əhalisinin çoxunun dəstəklədiyi Əbdülfəttah əs-Sisinin təşviqat kampaniyası yerli və peyk telekanallarının yayımladığı geniş müsahibə ilə başa çatmışdır.
Həmdin Səbbahinin seçkiqabağı kampaniyası, əsasən, əyalətlərdə izdihamlı mitinqlər və əhali qarşısında çıxışlar ilə müşayiət olunmuşdur. Təşviqatın sonuncu günü o, Qahirənin mərkəzi meydanlarından birində bir neçə min insan qarşısında çıxış etmişdir.
Xatırladaq ki, Misir Prezidenti seçkiləri mayın 26-27-də keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB