Yağış 8 nəfərin ölümünə səbəb oldu

Yağış 8 nəfərin ölümünə səbəb oldu

Çinin cənubundan yerləşən Quandun əyalətində yağan leysan xarakterli yağış 8 nəfərin ölümünə, 2 nəfərin isə itkin düşməsinə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hava şəraiti ilə əlaqədar olaraq bu bölgədə 400 nəfər zərər çəkib, 18 min hektar torpaq sahəsində əkilən məhsula ziyan dəyib.

Ölkənin Milli Hidrometrologiya Mərkəzinin verdiyi xəbərə görə, yaxın iki gün ərzində Çində leysan xarakterli yağışlar davam edəcək. Bu da əyalətdə çoxlu sayda torpaq sürüşməsinə gətirib çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə