Putin Ukraynanı günahlandırdı

Putin Ukraynanı günahlandırdı

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkil edilən Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən Ukraynanı günahlandırıb. SİA-nın məlumatına görə, Ukraynada vətəndaş müharibəsi yaşandığını ifadə edən Putin, tranzit ölkə mövqeyində olan Kiyevin bu mövqeyini istismar etdiyini söyləyib: "Rusiya hər zaman Avropaya enerji tranziti edən etibarlı bir ölkə olub. Bu gün bu enerji xəttləri ətrafında ortaya çıxan risklərə görə Rusiya günahlandırılmamalıdır. Bu böhrandan günahlandırılması lazım olan ölkə Ukraynadır. Qaz boru kəmərlərinin keçdiyi marşrut üzərində yerləşən bu ölkə mövqeyini istismar edir".

Putin həmçinin qeyd edib ki, keçən il Rusiya Ukraynaya 3 milyard dollar kredit verib: "Bu il də qaz qiymətlərində endirimlər edilib. İndi isə həmin milyardlarla dolların hara xərcləndiyi maraqlıdır. Hər hansı ilkin ödəniş alınmadan Ukraynaya 10 milyard kub metr qaz verilib. Bu, Polşaya satılan qaz nisbəti ilə az qala eynidir".

Eyni zamanda, Rusiyanın hərbi generalı Valeri Gerasimov Moskva sərhədi yaxınlığında NATO-nun artan fəaliyyətinə qarşı Rusiyanın hərəkətə keçəcəyini bildirib.

Qeyd edək ki, Krımın mart ayında Rusiyaya birləşməsindən sonra NATO bölgədə hərbi təlimlərə başlamışdı.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə