Tailandda sabiq baş nazirin ailə üzvləri də tutulub
Baş nazir həbs edildi

Tailandın sabiq baş naziri Yinqlak Çinavat və onun ailə üzvləri həbs edilib. Son anda alınan məlumata görə Yinqlak Çinavat ev dustağı edilib. Dünən Tailandda hərbi çevriliş baş verdikdən sonra hərbçilər ölkəyə nəzarəti tam olaraq ələ keçirib.

Tailandda kütləvi aksiyalar qadağan olunub. Lakin hazırda paytaxt Banqkokda dövlət çevrilişinə qarşı olan quvvələr etirazlarını davam etdirir.

Qeyd edək ki, Tailandda ordunun dünən rəhbərliyə gəlməsindən sonra Baş qərargah rəisi General Prayuth Chan-Ocha özünü baş nazir elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə