Bir qrup iranlı tələbə İran məhkəməsinə müraciət edərək, Kann festivalının prezidenti Jil Yakovu öpən iranlı aktrisa Leyla Hatəminin cəzalandırılmasını tələb edib. Onların iddialarına görə, Hatəmi ictimaiyyətin gözü qarşısında cəzalanmağa layiqdir, çünki şəriət qaydalarını kobud surətdə pozub. "Hesab edirik ki, Leyla Hatəmi naməhrəm kişini öpməklə, inanclı insanların hisslərini təhqir edib", deyə iddiada bildirilir.
Ria.ru xəbər verir ki, əgər məhkəmə qərar versə, aktrisaya 50 şallaq vurulacaq.
Jil Yakov da öz növbəsində Leyla Hatəmini müdafiə etməyə çalışıb və bildirib ki, bu öpüş Qərb ənənəsinə uyğundur və heç bir mübahisə predmeti ola bilməz.
Xatırladaq ki, iramlı aktrisa Leyla Hatəmi Kann kinofestivalının təqdimat mərasimində Jil Yakovu öpmüşdü və bu da İranda hələ də davam edən böyük səs-küyə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB