Mafiya başçısı olaraq tanınan Liu edam qərarını eşidincə özünü itirərək hönkür-hönkür ağlayıb. Çində "yeraltı dünya"nın ən məşhur mafiya baronu milyarder Liu Xan özü haqda məhkəmə zamanı hakimin edam hökmü çıxarmasını eşidincə göz yaşlarını saxlaya bilməyib.
Hubey əyalətində keçirilən məhkəmədə Liu Xan və qardaşı cinayət tərkibli şəbəkə qurmaq, adam oğurluğu, qumar oynamaq kimi müxtəlif cinayətlərlə ittiham olunub.
Lyu Xan 20 il bundan əvvəl, 1993-cü ildə cinayətkar qrup təşkil edib. Həmin qruplaşmanın üzvləri qanunsuz silah alveri və insan oğurluğu ilə məşğul olub. Bundan başqa, həmin quldurlar 9 nəfərin həyatına son qoyublar.
Qeyd edək ki, Lyu Xan Çinin ən varlı adamlarının siyahısında 230-cu yerdə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB