Bəşər Əsədin seçki kampaniyasına hücum

Bəşər Əsədin seçki kampaniyasına hücum

Suriyanın Deraya şəhərində prezident Bəşər Əsədin dəstəkçilərinin qurduğu seçki kampaniyası çadırına hava topu ilə hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə yerində ən azı 21 nəfər həyatını itirib.

Suriya İnsan Haqqları Təşkilatı iyunun 3-də keçiriləcək prezident seçkiləri üçün qurulan çadırda ən azı 30 nəfərin olduğunu bildirib. Təşkilatın direktoru Rami Abdülrahman bildirib ki, bu hücum üsyançıların rejimə, seçkilərə etibar etmədiklərini göstərən açıq mesaj idi.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə