Ukrayna: “Təcili şəkildə BMT-nin iclası çağırılsın”

Arseni Yatsenyuk bir qədər bundan öncə bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib
Ukrayna: “Təcili şəkildə BMT-nin iclası çağırılsın”

Ukrayna Baş nazirinin səlahiyyətlərini icra edən Arseni Yatsenyuk bir qədər bundan öncə bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib. Təcili iclasın çağırılmasına səbəb bu gündən Ukraynanın şərqində yenidən baş qaldıran separatçılıq meyllərinin artması, qarşıdurma və atəşin bərpa olunmasıdır.

Baş nazir qeyd edib ki, onlar bir daha Rusiyanın hadisələri gərginləşdirməkdə, qan tökülməsi, ukraynalı sərhədçilərin əsir götürülməsi, beləliklə də Ukraynada qarşıdan gələn prezident seçkisinin təxirə salınmasında maraqlı olduğunu müşahidə ediblər.

Xatırladaq ki, Baş nazir bununla bağlı media nümayəndələrini toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə