Praqa və Çexiyanın təqribən 60 digər şəhər və yaşayış məntəqəsi mayın 21-də "Ukrayna uğrunda bayraq" aksiyasına qoşulmuşdur. Çexiya paytaxtının meri Tomaş Qudeçek Yeni Ratuşanın eyvanında Çexiya bayrağı ilə yanaşı, Ukraynanın göy-sarı rəngli bayrağını sancıb. O deyib: "Bu, Maydanda ilk nümayişlərin başlanmasının 6 aylığına həsr olunmuş rəmzi jestdir. Biz demokratiya və Avropa yönümlü ukraynalılarla həmrəy olduğumuzu ifadə etmək istərdik. Ümid edirik ki, prezident seçkilərindən sonra Ukraynada vəziyyət yaxşılaşacaqdır".
Çexiyanın Liberets, Qradets Kralove, Olomouts, Karlovı Varı, Yablonets kimi iri şəhərlərinin ratuşalarında Ukrayna bayraqları dalğalanmağa başlamışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB