Avropa Parlamentinə seçkilər başladı

Avropa Parlamentinə seçkilər başladı

22-25 May tarixlərində keçiriləcək Avropa Parlament seçkilərində Avropa Birliyinə üzv olan 27 ölkənin vətəndaşları fərqli günlərdə səs verəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Avropa Parlamentinin 751 yeni üzvünü təyin etmək üçün artıq İngiltərə və Hollandiyada səs vermələr bu gündən başlayır.

İngiltərədə Avropa Birliyi əleyhdarı İngiltərə Müstəqillik Partiyasının iqtidar partiyalarını belə geridə qoyraq səslərin əksəriyyətini toplaycağı proqnozlaşdırılır. Hollandiyada isə immiqrantların əleyhdarı olan sağçı Azadlıqlar Partiyasının Avropa Parlamentində ölkəni təmsil etmək haqqı əldə etməsi gözlənilir. Əhalisi 500 milyondan çox olan Avropa Birliyinin "Bu dəfə fərqli" şüarını istifadə etdiyi seçkilərdə iştirak nisbətinin aşağı olacağından narahatlıqlar duyulur.

Xatırladaq ki, son Avropa seçkiləri 2009-cu ildə keçirilib.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə