Çinin Sincan muxtar rayonunun Urumçi şəhərində baş vermiş partlayışda ən azı 31 nəfər ölüb, 90 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə bazar yaxınlığında iki avtomobilin toqquşması və birinin partlaması nəticəsində meydana gəlib. Təhlükəsizlik Nazirliyi hadisəni "zorakı terrorçu hadisə" adlandırıb.
Əsasən müsəlman uyğur milli azlıqlarının yaşadığı Sincan vilayətidə tez-tez belə hadisələr baş verir.
Xatırladaq ki, ötən ay stansiyada baş vermiş bomba partlayışı 3 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olmuşdu.
Çin isə hadisəyə görə Uğyur separatçılarını təqsirləndirib.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB