Nigeriyanın Cos şəhərində baş verən terror aktı nəticəsində 118 nəfər həlak olub. Plato ştatının paytaxtında baş verən partlayışlardan biri insanların sıx olduğu bazarda, ikincisi isə yaxınlıqdakı xəstəxanada baş verib.
Hələlik hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib.Ölənlərin əksəriyyətinin qadın olduğu bildirilir. Jurnalist Həsən İbrahimin sözlərinə görə, hücumdan sonra bölgədə gərginlik artıb, dini liderlər xalqı sakit qalmağa və zərurət yaranmadıqca evləri tərk etməməyə çağırıb.
Fövqəladə Vəziyyət mərkəzinin koordinatoru Məhəmməd Abdulsəlamın sözlərinə görə, dağıntılar altından 118 cəsəd çıxarılıb. "Dağıntılar təmizləndikcə, cəsədlərin sayı arta bilər ", - deyə, o bildirib. Verilən məlumata görə daha 56 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Nigeriya prezidenti Qudlak Jonathan terror aktını kəskin şəkildə qınayaraq, " terrorizmlə mübarizədə qərarlı" olduqlarını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB