Rusiyadan 70 milyard Türkiyəyə axır

Rusiyadan 70 milyard Türkiyəyə axır

TQRT kanalı Ukrayna hadisələri ilə əlaqədar Rusiyadan çıxarılan 70 milyardlıq sərmayənin Türkiyəyə qoyulacağı ilə bağlı süjet hazırlayıb. ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalardan irəli gələn addımlarda sərmayələrin təşviqi ilə əlaqədar son 2 ayda bu, daha nəzərə çarpan olub. Məsələn, təkcə bank sisteminin nümayəndələri kapital qoyuluşundan 1,5 miyard dollar civarında vəsaiti geri götürməli olublar.

İnestorların Rusiya maliyyə bazarlarından çəkilməsinə səbəb həmçinin rubla nisbətdə dolların dəyərinin qalxması, eləcə də mərkəzi birjalarda yaranmış təlaşlı vəziyyətdir.

Bu arada mütəxəssislər hətta bu rəqəmin 70 miyarddan 150 miyarda çatacağını da proqnozlaşdırırlar.

Türkiyə bankçılarından birinin açıqlamasına görə, o, Rusiyadan çıxarılan sərmayələrin miqdarından sözün əsl mənasında çaşdığını bildirib. Əlavə edib ki, gələn vəsaitin bəzi hissəsi Yaxın Şərqin təbii enerji qaynaqlarının istismarına yönəldilə bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə