Şanxay şəhərində Rusiya və Çin Xalq Respublikasının dövlət başçıları arasında keçən danışıqlarda Çinə böyük həcmdə qaz ixracatı barədə razılıq əldə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Qazprom şirkətinin rəhbəri Çin Dövlət Neft şirkəti ilə 30 illik təchizatı nəzərdə tutan razılaşmanın ümumi dəyərinin 400 milyard dollar təşkil etdiyini açıqlayıb.
Saziş üzrə danışıqların 10 ilə yaxın davam etdiyini deyən şirkətin rəhbəri Aleksey Miller bildirib ki, bu müqavilə Qazprom üçün ən böyük müqavilədir. Belə bir müqavilə hələ ki, heç bir şirkətlə bağlanmayıb.
Qeyd edək ki, Çin Rusiyanın ən böyük iqtisadi partnyorudur. 2013-cü ildə ölkələr arasındakı ticarətin ümumi həcmi 90 milyard dollar təşkil edib.
Ukrayna böhranı ilə bağlı yeni sanksiyalar təhlükəsilə ilə üzləşən Rusiya öz qazı üçün alternativ bazarlarda maraqlıdır.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB