Çində baltalı şəxs ibtidai məktəb şagirdlərinə hücum edib FOTOLAR

Çində baltalı şəxs ibtidai məktəb şagirdlərinə hücum edib FOTOLAR

Çinin Hubei əyalətində baltalı bir təcavüzkar ibtidai məktəbə hücum edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə Chen Zuihang adlı 35 yaşlı təcavüzkar məktəbin bağçasında olan 8 uşağı yaralayıb. Xəstəxanada müalicə olunan uşaqlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Polis cinayətkarı hadisə yerində tutub.

Qeyd edək ki, Çində son illərdə uşaqlara qarşı buna bənzər hücumlar tez-tez yaşanır. 2010-ci ildə baş verən beş hadisədə 15-i uşaq olmaqla 18 nəfər həyatını itirmişdi.

Bu ilin Mart ayında da Şanxayda bir məktəbin yaxınlığında yaşanan hücumda 6-sı uşaq olmaqla 11 nəfər öldürülmüşdü.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə