Ukrayna "sülh"ə qovuşdu

Ukrayna parlamentində ölkədəki böhranı yatırmağı hədəfləyən "Sülh və anlaşma" Memorandumu millət vəkillərinin əksəriyyətinin səs çoxluğu ilə qəbul edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bütün tərəflərə radikal hərəkətlərdən və nifrətdən qaçma çağırışı edən memorandum vətəndaşları Ukraynanın bütövlüyü üçün birləşməyə dəvət edir. Həmçinin, Ukraynada milli birlik dialoqu çərçivəsində təşkil edilən dəyirmi masa görüşləri ilə mayın 25-i keçiriləcək prezident seçkilərinin əhəmiyyəti vurğulanıb.

Memorandumda Ukraynanın rəsmi dilinin konstitusiyadakı yeri təsdiq edilməklə yanaşı, etnik əhalinin sıx yaşadığı bölgələrdə onların milli dillərindən istifadə etməsinə qarşı olan hüquqlar da öz əksini tapıb. Bunun Rusiya tərəfdarı separatçıların Ukraynadan ayrılaraq müstəqillik elan etdiyi şərq bölgələrində necə qarşılanacağı diqqət mərkəzindədir.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə