Rusiyanın RT telekanalı ilə əməkdaşlıq edən müstəqil britaniyalı jurnalist Qrem Fillips Ukraynada saxlanılıb. Hələlik onun barədə başqa xəbər yoxdur. RT telekanalı qeyd edir ki, xarkovlu "avromaydançılar"ın Facebook səhifəsində Qrem Fillipsin saxlanılması və ölkədən deportasiya edilməsi barədə çağırışlar yazılıb.
Ukraynalı aktivistlər bəyan edib ki, Fillips Ukraynanın mövqelərindən çəkdiyi videoları sosial şəbəkələrdə yerləşdirməklə terrorozmə vasitəçilik edir.b
Xatırladaq ki, mayın 18-də də Ukraynanı müdafə edənlər LifeNews televiziyasının jurnalistləri Oleq Sidyaklin və Marat Sayçenkonu saxlayıblar. Ukraynanın Müdafiə Nazirliyinin mətbuat xidməti jurnalistlərin saxlanılması məsələsinə aydınlıq gətirərkən bildirib ki, Ukraynanın Silahlı qüvvələrinin səyi nəticəsində özlərini jurnalist kimi təqdim edən Rusiya Federasiyası vətəndaşları tərksilah edilərək saxlanılıb və ifadələri alınmaq üçün istintaqa cəlb ediliblər.
Ukraynanın Milli Təhlükəsizlik Şurası və Ukraynanın Müdafiəsi Təşkilatının katibinin müavini Viktoriya Syumar saxlanılan jurnalistləri Donetsk vilayətində terrorçularla əməkdaşlıqda günahlandırıb. O, təsdiq edib ki, həmin jurnalistlər terror qrupunun üzvləridirlər.
Təşkilatın rəsmii sözçüsü daha sonra əlavə edib ki, LifeNews televiziyasının jurnalistləri Oleq Sidyaklin və Marat Sayçenkonun barəsində də Ukraynanın hüquq mühafizə orqanları uyğun qərar qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB