500-ə yaxın xarici vətəndaş yoxlanılıb
Rusiyada yeni miqrant tuthatutu

Federal Miqrasiya Xidməti (FMX) tərəfindən Moskvanın Lüberetsk rayonunda aşkar edilmiş 70-ə yaxın qeyri-leqal miqrant Rusiyadan çıxarılacaq. FMX-dən bildiriblər ki, onların çıxarılması ilə materiallar məhkəməyə göndərilib.

"Bu gün FMX-nin Moskva vilayəti bölməsinin təşübbüsü ilə yol polisi və polislə birlikdə Moskva vilayətinin Lüberetsk rayonunun Kotelniki şəhərində genişmiqyaslı yoxlama aparılıb. 500-ə yaxın xarici vətəndaş yoxlanılıb, onlardan 70 nəfərinin Rusiya ərazisində qalma rejimini pozduğu aşkarlanıb", - deyə FMX-dən bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə