Dünyada 21 milyon insan məcburi əməklə məşğuldur

Dünyada 21 milyon insan məcburi əməklə məşğuldur

Beynəlxalq Əmək Təşkilatı (BƏT) hesablamışdır ki, bütün dünyada məcburi əməkdən qanunsuz istifadədən il ərzində 150 milyard dollardan çox gəlir əldə olunur. BMT ekspertlərinin apardıqları yeni tədqiqatın nəticələrinə görə, həmin gəlirlərin üçdə iki hissəsi seks-sənayenin, qalanları adamların evdə xidmətçi, habelə kənd təsərrüfatında və tikintidə işlədilməsi hallarının payına düşür.

BƏT hesab edir ki, dünyada azı 21 milyon adam məcburi əməyə cəlb olunmuşdur. Məcburi işləyənlərin yarısı Asiya sakinləridir.

BƏT ölkə hökumətlərinə müraciət edərək, onları məcburi əməyin səbəblərinə – yoxsulluğa, savadsızlığa və işsizliyə qarşı mübarizə aparmağa çağırışmışdır.

BƏT BMT-nin əmək münasibətlərinin tənzimlənməsi ilə məşğul olan ən qocaman bölmələrindən biridir.

Bu barədə məlumatı BBC yaymışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə