Moskvada qatar toqquşmasında 4 nəfər öldü

Moskvada qatar toqquşmasında 4 nəfər öldü

Rusiyanın paytaxtı Moskvanın cənub-qərb hissəsində yük qatarı ilə sərnişin qatarı toqquşub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən azı 4 nəfərin öldüyü açıqlanıb.

Qəza paytaxtın 60 kilometrliyində, Bekasovo 1 stansiyasının yaxınlığında baş verib. Qəza zamanı relsdə bir neçə vaqonun olduğu bildirilib. Sərnişin qatarı Moskva - Kişinyov yolunda olub.

Təcili yardım xidməti hadisə yerinə gələrək yaralananlara ilkin tibbi yardım göstərib. Rusiyanın Fövqəladə Hallar Nazirliyi ən azı 4 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib.

Hadisəni baş vermə səbəbləri araşdırılır.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə