Qahirədə silahlı hücüm 3 ölü

Qahirədə silahlı hücüm 3 ölü

Misirin paytaxtı Qahirədə Əl-Əzhər Universiteti yaxınlarında silahlı hücum təşkil edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisədə üç polis həyatını itirib, 11 nəfər yaralanıb.

Universitetin qarşısında toplanan Müsəlman Qardaşlar Təşkilatı üzvlərindən bir qrup gənc nümayiş keçirmək istəyib. Təhlükəsizlik qüvvələrinin kütləni dağıtmaq üçün müdaxilə etdiyi anda kimliyi naməlum olmayan şəxslər ətrafa atəş açmağa başlayıblar.

Hadisə şahidləri doqquz təhlükəsizlik işçisinin yaralandığı hadisəni izah edərkən bildiriblər ki, hadisəni törədənlərdən biri örtüklü bir qadın olub. Digərləri isə maskalardan istifadə edərək üzlərini gizlədiblər.

Polis hadisəni törədən silahlı təcavüzkarları tutmaq üçün əməliyyatlara başlayıb.

Qeyd edək ki, bir həftədən sonra Misirdə prezident seçkiləri keçiriləcək.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə