Konsulluq bağlandı

Türkiyə Liviyanın Benqazi şəhərindəki konsulluğunu müvəqqəti olaraq bağlayıb. SİA bu barədə türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb son aylar Benqazi şəhərində yaranmış qeyri-sabit vəziyyətdir.

Məlumatda o da qeyd olunur ki, konsulluq öz işinı yaxın həftələrdə bərpa edəcək.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı və Əlcəzairin Liviyadakı səfirlikləri də təhlükəsizlik məqsədi ilə müvəqqəti olaraq bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə