Somadan yeni görüntülər yayıldı

Somadan yeni görüntülər yayıldı

Somada 301 işçinin dünyasını dəyişdiyi mədən faciəsində 911 xilasetmə dəstəsinin görüntülər yayımlanıb. Görüntülərdə axtarış aparılarkən digər dəstələrə ləvazimat yardımı edildiyi görülür. Xilaetmə dəstələri içəridə qalan işçiləri axtararkən digər həmkarlarına da yardım edirlər və onlara su və digər lazımi şeylər aparırlar. Görüntülərdə işçilərin çətin şərtlərdə işlədiyi görülür.

Qeyd edək ki, xilaetmə işlərinin sonlandırılmasından sonra Qızıl Aypara, xilaetmə dəstələri və təcili tibbi yardım xidməti dünən gecə bölgədən ayrılıb. Mədən ocağının olduğu əraziyə keçid bağlanılıb. Mədəndə yeni bir yanğının çıxmaması üçün mədənin iki ana çıxışı kərpiclərlə hörülərək bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə