NATO növbəti dəfə “yalandır” dedi

NATO növbəti dəfə “yalandır” dedi

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki hərbi qruplaşmaların geri çəkilməsi barədə göstəriş verib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumat NATO rəhbərliyi tərəfindən təkzib edilib.

Hərbi alyansın baş katibi Anders Foq Rasmussen Rusiya qoşunlarının Ukrayna sərhədindən geri çəkildiyini göstərən sübutların olmadığını deyib. "Biz Rusiya qoşunlarının geri çəkildiyini göstərən heç bir sübut görmədik və bundan heyfslənirik", - baş katib "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, Rusiya prezidenti 7 May tarixində də Rusiya hərbi qruplaşmalarının Ukrayna sərhədlərindən geri çəkildiyini bildirmişdi. Ancaq NATO və Pentaqon bu informasiyanı təkzib etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə