Ürəyi zəif olanlar bu xəbəri oxumasın DƏHŞƏT

İnsan əti yeyən bakteriyaya görə 2 ayağını, 1 əlini itirdi
Ürəyi zəif olanlar bu xəbəri oxumasın DƏHŞƏT

İngiltərədə yaşayan 34 yaşlı Aleks Levis 4 ay əvvəl soyuqdəymə olduğunu düşünərək xəstəxanaya gedib, ancaq səhhətindəki problemin tamam başqa bir şey olduğunu öyrənib. Levisin bütün bədənini insan əti yeyən bakteriya bürüyüb. Buna görə onun 2 ayağı və 1 qolu kəsilib. Üzündə, əsasən ağız nahiyəsində kəskin yaralar peyda olub. 1 uşaq atası olan Levis ayaq və qolu kəsiləndən sonra 1 həftə komada qalıb. Həkimlər onun yaşamaq şansının yüzdə 3 olduğunu deyiblər.

A qrup streptokok bakteriyasından qaynaqlanan bu infeksiyon xəstəlik dünyada 33 mində bir insanda görülür. Antibiotik müalicəsiylə nəzarət altına alınan xəstələrdə bir çox orqanlar zərər görür.

Bu streptokok bakteriyalar əsasən dəri və boğazda tez-tez rastlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə