Çin əleyhinə etirazlarda 15 fabrik yandırılıb, 1 nəfər ölüb, 128 nəfər yaralanıb. Çinin Cənubi Çin dənizinin mübahisəli bölgələrindən birində yerləşdirdiyi neft istismarı platforması Vyetnamda gərginliyi artırıb. Tailandlıların işlədiyi poladəritmə zavodunda Çinə qarşı etiraz aksiyası başlanıb. Aksiyanın sürətlə böyüməsi nəticəsində 1 nəfər ölüb, 128 nəfər yaralanıb.
Ha Tinh şəhərində yerləşən fabrikin sahibi Formosa Plastik Qrupdan (Formosa Plastic Group) verilən məlumata görə, vyetnamlı işçilər vəziyyətdən sui-istifadə edərək fabriki qarət etməyə başlayıb. Çinli işçilərin onlara qarşı çıxması isə vəziyyəti gərginləşdirib.
Hadisə nəticəsində 90 çinli yaralanıb, 1-i isə həyatını itirib. Bununla Vyetnamın cənubunda da ayağa qalxan radikal qruplar Çinə məxsus olduğunu düşündükləri 15 fabriki də yandırıb. Lakin sonradan fabrikərin əksəriyyətinin Tayvana və Cənubi Koreyaya aid olduğu məlum olub.
Ha Tinh şəhərinin səhiyyə idarəsinin verdiyi məlumata görə, hadisələrlə bağlı ümumilikdə 128 nəfər xəsarət alıb və yaxındakı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisələrə Çinin Parasel adaları (Paracel Islands) yaxınlığındakı sulara platforma yerləşdirməsi səbəb olub. Bu adalar isə Çin və Vyetnam arasında mübahisəli hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB