İran görünməyən təyyarələri aşkarlayan RLS hazırlayıb. Bu informasiyanı İran mətbuatı yayıb.
Mətbuat RLS-in təqdimatının yaxın zamanda həyata keçiriləcəyini deyib: "İran İslam Respublikası gizli və radarda görünməyən təyyarələri (stealth) aşkarlamağa imkan verən yeni radiolokasiya stansiyalarının (RLS) təqdimatını keçirəcək. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının komandanı general Fərzad İsmaili deyib ki, yeni RLS-in təqdimatı sentyabrın 1-də Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının yaranmasının ildönümündə keçiriləcək. General Fərzad İsmaili deyib ki, bu RLS iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB