Ukrayna sərhədçiləri Luqanskın separatçı “qubernatorunu” tutdular amma…
Ukrayna sərhədçiləri Luqanskın rusiyapərəst separatçı qüvvələrinin təyin etdiyi "qubernatoru" Valeri Bolotovu tutmağa nail olublar. SİA xəbər verir ki, insident "Dovjanskiy" sərhəd-keçid məntəqəsində baş verib.
Amma bir müddət sonra qarşı tərəfin silahlı hücumu və güclü müqaviməti nəticəsində separatçılar qonrama qubernatoru sərhədçilərin əlindən almağa müvəffəq olublar.
"Ukrayna sərhədçiləri Bolotovu saat 5:45-də tutublar və bu barədə ölkənin hüquq-mühafizə orqanlarına məlumat verilib. Bunsan sonra sərhədçilər 2 saat xüsusi təyinatlıların sözügedən məntəqəyə köməyə gəlmələrini gözləyiblər. Lakin bu zaman ərzində kimsə sərhəd-keçid məntəqəsinə köməyə gəlməyib"-deyə sərhədçilərin mətbuat xidməti xəbər verib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB