Obama Rusiyanı hədələdi, Ukraynanı təriflədi

Obama Rusiyanı hədələdi, Ukraynanı təriflədi

ABŞ prezidenti Barak Obama Fransa prezidenti Fransua Ollandla apardığı telefon danışığında yenidən Rusiyaya qarşı sərt sanksiyaların yürüdlməsi təklifi ilə çıxış edib. SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.

"Rusiya Ukrayna ilə bağlı siyasətində korrektələr etməsə, daha ağır sanksiyalarla üzləşməyə məcbur qalacaq" -deyə, Barak Obama fransalı həmkarı ilə danışığında bildirib.

Lakin ABŞ prezidenti Rusiyanı hədələməklə yanaşı, Ukraynada keçiriləcək 25 may prezident seçkilərini demokratik adlandırıb və bildirib ki, məhz prezident seçkiləri Ukraynanın konstitusion islahatlarına təkan verəcək əhəmiyyətli proses kimi tarixə düşəcək.

Xatırladaq ki, bundan öncə ABŞ-ın dövlət katibi Con Kerri də bəyan etmişdi ki, əgər Rusiya Ukraynada keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə müdaxilə edib prosesi pozsa, onun ölkəsi və avropalı tərəfdarları elə şiddətli sanksiyalar tədbiq edəcəklər ki, nəticədə Rusiyanın iqtisadiyyatı ilə yanaşı, digər sahələri də güclü zərbəyə məruz qalacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə