Türkiyənin Soma əyalətində şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 298-ə çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Nazir hazırda əməliyyatların davam etdiyini lakin yaxın zamanlarda başa çatacağını da qeyd edib.
Xatırladaq ki, ötən gün məsələ ilə bağlı jurnalistlərə açıqlama verən T. Yıldız ölənlərin sayının 300-ə çatacağını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB