Batan gəmidə ölənlərin sayı 285-ə çatdı

Batan gəmidə ölənlərin sayı 285-ə çatdı

Cənubi Koreya sahilləri yaxınlığında batan gəmidə ölənlərin sayı 285-ə çatıb. SİA-nın rus mətbuata istinadən verdiyi xəbərə görə, "Sevol" sərnişin bərəsinin batması nəticəsində 19 nəfərin taleyi indiyədək məlum deyil.

Xilasedicilər cəmi 172 sərnişini xilas edə biliblər. Hadisə ilə əlaqədar 20 nəfər həbs edilib.

Qeyd edək ki, hadisə aprelin 16-da baş verib. Hadisə zamanı bərədə 476 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə