Taksidə qalan 27 min dolları sahibinə qaytardı

Taksidə qalan 27 min dolları sahibinə qaytardı

Çinin Harbin şəhərindən olan Çjao Ley adlı taksi sürücüsü sərnişinlərdən birinin maşının arxa oturacağında unutduğu 27 min dolları geri qaytarıb. "The Daily Mail" xəbər verir ki, sürücü tapdığı kağız bağlamanı işçisi olduğu şirkətə təhvil verib və onun sahibini axtarıb tapmaq mümkün olub.

Pulları maşında unudan sərnişinlər gənc oğlan və qız olub. Məlum olub ki, onlar avtomobil salonuna gedirlərmiş və maşın almaq üçün üzərilərində böyük məbləğdə pul götürüblər.

Pulun sahibləri taksi sürücüsünə mükafat olaraq 1600 dollar təklif etsələr də, o bundan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə