Ukraynada ölənlərin sayı açıqlandı

Antiterror əməliyyatlarına başlanandan bəri 21 ukraynalı ölüb, 65 nəfər xəsarət alıb
Ukraynada ölənlərin sayı açıqlandı

Ukraynanın güc strukturları antiterror əməliyyatlarına başlayandan bəri 21 nəfər əməkdaşını itirib, 65 nəfər xəsarət alıb. Bu haqda Ukrayna Təhlükəsizlik Xidməti bildirib. Həlak olanlardan 18 nəfəri Ukrayna Silahlı Qüvvələrinin əsgəri, 3-ü "Alfa" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarıdır.

Yaralananlar arasında 29 nəfər Təhlükəsizlik Xidmətinin əməkdaşı, Ukrayna Silahlı Qüvvələrinin 27 əsgəri, bir hərbi həkim, 5 daxili qoşun əsgəri, 1 daxili işlər nazirliyinin əməkdaşı, 2 milli qvardiyaçı var.

2 nəfər Silahlı Qüvvələrin əsgəri itkin düşmüş sayılır.

Qeyd edək ki, Ukraynanın güc strukturları ən çox itkini terrorçuların mayın 13-də Kramatorskda qurduğu tələ zamanı verib. O zaman terrorçular 7 hərbçini öldürməklə yanaşı 2 hərbi maşını da məhv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə